EN

Dünyanın ən yaşlı prezidenti yenə namizəd olacaq

Kamerun Prezidenti Pol Biya bu il oktyabrın 12-nə təyin edilmiş prezident seçkisində namizədliyini irəli sürəcəyini rəsmən açıqlayıb.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, Biya səkkizinci dəfə bu vəzifəyə namizəd olacaq.

Qeyd edək ki, dövlət başçısının fevralın 13-də 92 yaşı tamam olur. Onun sələfi Amadu Ahidjo 1960-1982-ci illərdə ölkəyə rəhbərlik edib. Kamerun Konstitusiyası dövlət başçısının müddət sayını və ya yaşını məhdudlaşdırmır.

Qeyd edək ki, Biya planetin ən yaşlı dövlət başçısıdır. O, 41 ildən artıqdır ki, vəzifədədir.

Chosen
10
10
axar.az

10Sources