Misli Premyer Liqasının 20-ci turunda "Neftçi"ni 2:1 hesabı ilə məğlub edən "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, 44 yaşlı mütəxəssis belə danışıb:
"Oyunun dramatik keçəcəyini təxmin edirdik. Bilirdik ki, oyun ağır olacaq. Qış fasiləsindən sonra "Neftçi"nin göstərdiyi oyun bizə müəyyən siqnallar verirdi. Ümumi götürəndə, komandamın çıxışından razı qaldım. Əzmkar oynadılar, verilən tapşırıqları yerinə yetirməyə çalışdılar. iQələbə qazandıq. Komandamı təbrik edirəm, qarşıdakı oyunlara hazırlaşacağıq".