İran çempionatının 17-ci turunun mərkəzi oyununda 3-cü pillədəki ''Persepolis'' lider ''Traktor''u qəbul etdi.
''Football-plus.az'' xəbər verir ki, İsmayıl Kartal şənbə günü yanvarın 25-də İrana getmiş və ''Persepolis''lə ilyarımlıq müqavilə imzalamışdı. Təcrübəli mütəxəssis ''Traktor''la oyunu tribunadan izlədi. Baş məşqçi funksiyasını isə son oyunlarda olduğu kimi Kərim Bageri yerinə yetirdi. Kartalın ayağı ''Persopolis''ə düşərli oldu. ''Azadi'' stadionunda oynanılan matçda ''Persepolis'' hər hissədə vurduğu qolla 2:0 hesablı inamlı qələbə qazandı.
Özü də meydan sahibləri bütün ikinci hissəni azlıqda keçirdilər. Komanda fasilə ərəfəsində azlıqda qaldı. ''Traktor'' bu mövsüm səfərdə ilk dəfə məğlub oldu. Bu qələbə sayəsində son çempion statusunda olan ''Persepolis'' ''Traktor'' ilə xal xal fərqini ikiyə endirdi.
Kartal rəsmi olaraq bazar ertəsindən etibarən işə başlayacaq. Onun illik qazancı 2,2 milyon dollara bərabər olacaq.
Qeyd edək ki, ''Persepolis'' mövsümə Xuan Qarridonun başçılığı altında başlamışdı. Amma ispaniyalı mütəxəssis uğursuz nəticələrdən sonra dekabrın sonlarında istefaya göndərilmişdi.
ƏLİ