EN

Hakimlər Komitəsinin sədri "Qarabağ" - "Turan Tovuz" oyunundakı mübahisəli epizodu şərh etdi - VİDEO

AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Misli Premyer Liqasının XX turunda keçirilən  “Qarabağ” – “Turan Tovuz” (1:2) oyunundakı mübahisəli vəziyyəti şərh edib.

Fanat.Az xəbər verir ki, belçikalı funksioner Cavid Cəlilovun idarə etdiyi oyunun 90-cı dəqiqəsinə təsadüf edən epizodu belə dəyərləndirib: 

“Turan Tovuz”un futbolçusu künc zərbəsindən topu qapı qarşısına ötürür. “Qarabağ”ın qapıçısı (Şahrudin Məhəmmədəliyev) topa çıxır və yumruğu ilə onu uzaqlaşdırır. Top “Turan Tovuz”un 40 nömrəli oyunçusunun (Kauan Martins) önünə düşür və o, qol vurur.
VAR-da görüntülər izlənildikdən sonra qapıçının tarazlığını pozan heç bir qayda pozuntusu (qapıçı ilə mübarizə/kontakt) olmadığı görünür. Qol qaydalar çərçivəsində vurulduğu üçünv hesaba alınır".

Chosen
8
5
fanat.az

10Sources