EN

Yeni həftədə diqqət mərkəzində olacaq yeddi kriptovalyuta - Vacib yeniliklər

Kriptovalyuta bazarı fevral ayının gedişatını müəyyən edə biləcək mühüm yeniliklərin və layihələrin gözlənildiyi kritik bir həftəyə qədəm qoyur.

Valyuta.az investorların və ticarətçilərin diqqət etməli olduğu altı kriptovalyuta siyahısını təqdim edir:

"Uniswap" (UNI): Böyük maraqla gözlənilən "Uniswap V4" bu həftə istifadəyə veriləcək. Bu yeniləmə, yüksək səviyyədə fərdiləşdirilə bilən likvidlik hovuzları təqdim edərək, mərkəzsiz birjanın istifadəçiləri və inkişaf etdiriciləri üçün daha çox funksionallıq təklif edir.

Bitcoin (BTC): ABŞ Federal Ehtiyat Sisteminin (FOMC) növbəti faiz qərarı 29 yanvarda açıqlanacaq. Xüsusilə "Bitcoin"in makroiqtisadi faktorlara olan həssaslığı nəzərə alınarsa, bu qərar bazarın ümumi əhval-ruhiyyəsinə əhəmiyyətli təsir göstərə bilər.

 "Mode" (MODE): Zəncir üzərində qarşılıqlı təsirləri sadələşdirmək üçün nəzərdə tutulmuş süni intellekt əsaslı bir interfeys olan "Mode Terminal" yaxın günlərdə istifadəyə veriləcək.

"Quai Network": "Quai Network" əsas şəbəkəsi 29 yanvarda fəaliyyətə başlayacaq.

"Balancer" (BAL): Mərkəzsiz maliyyə protokolu "Balancer", yanvar ayının sonuna qədər "Arbitrum" şəbəkəsində "Balancer V3"-ü istifadəyə verəcək. Bu yeniləmə, "Katman 2" ekosistemi üçün optimallaşdırılmış yeni xüsusiyyətlər təqdim edəcək.

"Sui" (SUI): "SUI" tokenlərinin 266 milyon dollar dəyərindəki mühüm bir hissəsinin kilidi 1 fevralda açılacaq.

"Movement" (MOVE): "Move" proqramlaşdırma dili əsasında qurulan yüksək performanslı bir "Ethereum" "Katman 2" həlli olan "Movement Mainnet", fevral ayının əvvəlində istifadəyə veriləcək.

Əvəz Həsənov

Chosen
19
50
valyuta.az

10Sources