EN

Kişilər üçün ən təhlükəli spirtli içki AÇIQLANDI

Kişi potensialı üçün ən təhlükəli spirtli içkinin adı açıqlanıb. 

“Cebheinfo.az” “UfaTime.ru”-ya istinadən yazır ki, bu barədə androloq Almaz Rəhimov danışıb.

Həkim iddia edir ki, pivə kişilərin sağlamlığına ciddi ziyan vurur. Onun istehlakı testosteron səviyyəsini əhəmiyyətli dərəcədə azalda bilər ki, bu da erektil funksiyanın pisləşməsinə səbəb olur. 

“Pivə həvəskarları bədənlərində fitoestrogenlər adlanan maddələr toplayırlar - qadın hormonları kimi fəaliyyət göstərən birləşmələr, libido və potensialın saxlanmasına cavabdeh olan testosteronun istehsalını “boğur””, -deyə həkim izah etdi.

O əlavə edib ki, alkoqol qadınlar üçün heç də az təhlükəli deyil. Ümumiyyətlə, spirt istehlakının təhlükəsiz səviyyəsi yoxdur, həkim vurğuladı.

Chosen
4
15
cebheinfo.az

10Sources