EN

Bəşər tarixinin ən qanlı soyqırımı - HOLOKOST

Yazını böyüt
Yazını kiçilt

Bu gün yəhudi xalqının II Dünya müharibəsi illərində faşist rejimi tərəfindən kütləvi şəkildə məhv edilməsinin ildönümü qeyd olunur. XX əsrin ən böyük faciəsi – soyqırımı kimi tanınan Holokost (yunanca “holos” (bütün) və “kaustos” (yanmış, köz olmuş) zamanı faşistlər tərəfindən təxminən 6 milyon yəhudi sistemli şəkildə öldürülüb. 1933-cü ildə yəhudilərin hüquqlarının azaldılması ilə addım-addım başlayan fəlakət sonda faşist hökumətinin əlinə keçən bütün Avropa yəhudilərini öldürməsi ilə nəticələnib.

Hafta.az-ın yazdığına görə, 1933-cü il 1 aprel tarixində Adolf Hitler alman xalqını yəhudi dükanlarına qarşı boykota dəvət edib. Bu boykot yəhudi dükanlarının sökülməsi, qarət edilməsi və sahiblərinin döyülməsi ilə nəticələnib. 1935-ci ildə yəhudilərin həkimlik, əczaçılıq, əsgərlik və bir çox işlərdə çalışması qarağan edilib. 15 sentyabr 1935-ci il tarixində qəbul olunan “Nurnberg qanunları”na görə ari irqdən olmayanlar “aşağı sinif” insanlardır və onlarla ailə qurmaq yasaqlanıb. 1936-cı ildə Berlində keçirilən olimpiya oyunları ilə dünyanın diqqətinin Almaniyaya yönəlməsi sayəsində bir müddət yəhudi nifrəti, antisemitizm tətbiqetmələri arxa planda qalır. Amma 1938-ci ildən etbarən antisemitizm əvvəlkindən daha şiddətli şəkildə geri dönür. 1938-ci ilin yanvarından etibarən yəhudilərin yalnız yəhudi adlarından və soyadlarından istifadə etməsi haqqında yeni qayda qəbul olunub. Berlində 1600 yəhudi toplanaraq qapalı düşərgələrə aparılır. Bu xəbər yayıldıqdan sonra işsiz yəhudilərdən və ən kasıblarından bir qismi xaricə getməyə məcbur olur. Qısa zaman sonra yəhudilərin qaçmaları da çətinləşir - bir çox ölkə yəhudi köçlərini geri qaytarmağa başlayır.

1 sentyabr 1939-cu ildə yəhudi soyqırımına start verilib. Hitler əslində, yəhudilərin kökünü kəsmək haqda qərarını 14 il əvvəl - 1925-ci ildə yazdığı "Mein Kampf" (Mənim mübarizəm) adlı kitabında açıqlamışdı. 1939-cu ildə Almaniyadakı bütün yəhudilərin toplanıb Polşada gettolara yerləşdirilmələri qərarı verilmişdi. 1940-cı ildə Polşada sayı sürətlə artan gettolarda aclıqdan, soyuqdan və epidemiyalardan çoxlu insan ölürdü. Gettolarda ölüm artıq o qədər təbii idi ki, səkilərdə acından ölmək üzrə olan insanlarla və cəsədlərlə kimsə maraqlanmırdı. 9 oktyabr 1941-ci ildən etibarən bütün yəhudilərin yaxşı görünən şəkildə olmaqla, Davud ulduzu simvolunu üzərilərində daşımaları məcbur edilirdi. Almaniyada yaşayan yəhudilərin evlərinə üzərində “burda bir yəhudi yaşayır” sözləri yazılmış kağız, ya da Davud ulduzu yapışdırırdılar. Almaniyadakı son yəhudilərə ət, buğda, süd, bal kimi qidalar, xəstə yəhudilərə dərman vermək qadağan edilir.

1939-41-ci illərdə ruhi və fiziki əlillər “qaz otaqlarına” doldurularaq öldürülürdülər. Qətliamın bu dövründə faşist həkimlər əlil qurbanlar üzərində çox sayda yeni öldürmə metodları yoxlamışdılar. Qaz maşınları ilə öldürmə metodu da faşistlərin gözlədikləri təsiri verməyincə nəhayət Fabrik üsulu ilə sənayesi qurulmağa başlandı. Artıq heyvan vaqonları yəhudilərlə doldurulub bu fabriklərin içinə qədər qatarla aparılırdılar. Duş otağı görünüşünə sahib olan qaz otaqlarına yəhudilər çox etiraz etmədən toplu halda girirdilər. Beləcə rahatlıqla, ən təsirli öldürmə qazı olan "Zyklon B" bu otaqlara nasosla vurulur və insanlar məhv olurdular. Bu qaz 20 dəqiqə davam edən çox əziyyətli bir ölümə gətirib çıxarırdı. Sonra bu cəsədlər, sırf bu məqsəd üçün çıxarılmış olan sobalarda yandırılırdı. 20 yanvar 1942-ci ildə Adolf Eiçmann tərəfindən idarə olunan yüksək dövlət məmurlarının Yəhudi probleminin son həllinin təşkil edilməsinin detallarını danışdıqları “Wannsee” Konfransı reallaşdı. Bu protokola görə öldürülmələri planlaşdırılan Avropa yəhudilərinin sayı 11 milyon idi. Faşistlərin yəhudiləri kütləvi şəkildə qətlə yetirdiyi tarixdə acı şöhrətini tapmış bir sıra ölüm düşərgələri mövcud olub. Bunlar Ausçvitz-Birkenau, Kulmhof, Varşava, Lublin, Belzec Lublin və sardir.

Bəzi məlumatlara görə, o vaxt Hitler Moskvaya təklif edir ki, Almaniya və Polşadakı yəhudiləri Birobican (Sibirin Amur bölgəsindəki indiki yəhudi muxtariyyəti – V.T.) və Qərbi Ukraynaya köçürsünlər. Amma Sovet hakimiyyəti bu təkliflə razılaşmır və nəticədə yəhudilər Ausçvitz və Treblinka şəhərindəki əsir düşərgələrinə göndərilir.

Bu arada bildirək ki, Polşa prezidenti Andrzej Duda, Auschwitz - Birkenau ölüm düşərgələrinin azad edilməsinin 75 illiyi münasibətilə ötən il yanvarın 23-də Qüdsdə keçirilən tədbirdə iştirak etməyib. Səbəb də o idi ki, Molotov-Ribbentrop Paktını imzalayan dövlətlərin (Almaniya və Rusiya) nümayəndələri, Holokostun əsas günahkarları olan Almaniya, eləcə də yəhudiləri tutaraq faşistlərə təhvil verən Fransanın təmsilçisi həmin tədbirdə iştirak və çıxış edəcək. Yəni 75 il öncə yəhudi millətinin qatili olanlar, bu gün mələk donunda həmin qurbanların övladlarına-nəvələrinə başsağlığı verəcəklər və bu cür riyakarlıq Polşa prezidenti tərəfindən qəbul edilməyib.

Dünyanın bir çox ölkələrində Holokost mübahisəsini açmaq belə qadağandır. ABŞ-dakı “nifrət qanunları”na görə yəhudi soyqırımını müzakirə etmək cəmiyyətdəki nifrəti artırdığına görə bu mövzunu müzakirə etmək qadağan olunub.

Avropada isə ingilis yazıçı David İrving yəhudi soyqırımının çox böyük ölçülü olmadığını, adamların çoxunun xəstəlikdən öldüyünü söyləyib, Almaniyanın heç bir düşərgəsində qaz otaqlarının tapılmadığını dediyinə görə 3 il həbsə məhkum edilib.

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad  isə yəhudi soyqırımının yəhudiləri Fələstin torpaqlarına yerləşdirmək üçün uydurulmuş yalan olduğunu söyləyib.

Chosen
4
26
hafta.az

10Sources