İşlənmiş ehtiyat hissələrinə tələb çox olmaqda qalacaq —Ekspert
Ölkəmizə 2023-cü ildə 386 milyon dollar dəyərində avtomobil ehtiyat hissəsi idxal edilməklə rekord nəticə əldə edilib. Amma 2024-cü il rekord yenilənməyib, əksinə idxal həcmi azalıb. 2024-cü ildə idxalın dəyəri 37 milyon dollar azalaraq 349 milyon dollar olub. Avtomobil parkı köhnə olan ölkələrdə ehtiyat hissələrinə tələb davamlı yüksəlir. Çünki avtomobillərin köhnə olması onların daha tez-tez təmir edilməsinə və ehtiyat hissələrindən çox istifadə edilməsinə səbəb olur.
Azərbaycan da avtomobil parkı köhnə sayılan ölkələrdəndir. Hazırda idxalın az olması özünü göstərirmi?
Məsələ üzrə bağlı nəqliyyat üzrə ekspert Elgiz Mehdiyev Demokrat.az-a açıqlamasında bildirib ki, burada müxtəlif səbəblər var.
“Birinci səbəb işlənmiş ehtiyat hissələri əsasən çəki ilə idxal olunur. 2023-cü illə 2024-ü müqayisə etsək görərərik ki, gömrük xidmətlərində qiymətlər iki dəfə artıb. İkinci bir məsələ isə üstünlük həm təzə, həm də işlənmiş ehtiyat hissələrinə verilir. İşlənmiş ehtiyat hissələri hərəkət etməyən hissələrdir. Bura avtomobilin müxtəlif qurğu və avadanlıqları aiddir. Bəzən isə yeni ehtiyat hissələrinə üstünlük verilir. Ötən illərə nisbətdə hazırda təzə ehtiyat hissələrinə də üstünlük verilir. Təzə məhsullar ya Türkiyədən, ya da başqa ölkələrdən idxal olunur. Hər bir məhsulun qiymət və materialında ölkədən ölkəyə fərq var. Bu zaman rüsumlar müxtəlif olur. Hər bir ölkə hər bir məhsula müxtəlif rüsumlar tətbiq edir. Bəzən yeni mallar keyfiyyətsiz olur. Bunun səbəbi yenə də ölkələrə və ticari əlaqələrə bağlıdır. Ölkəyə köhnə avtomobillərin idxalı nə qədər ki olacaq bir o qədər də işlənmiş ehtiyat hissələrinə tələb o qədər çox olacaq”.
Leyla Turan
Demokrat.az