EN

Konqoda toqquşma böyüyür - Üsyançılar Qoma şəhərini mühasirəyə alıblar

Konqo Demokratik Respublikasında vətəndaş qarşıdurması pik həddə çatıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu gün üsyançılar Konqo Demokratik Respublikasının strateji əhəmiyyətli Qoma şəhərini mühasirəyə alıblar.

Məlumata görə, Qoma şəhəri 23 Mart Hərəkatı (M23) üsyançı qruplaşmasının üzvləri tərəfindən mühasirəyə alınıb: "Qomanı mühasirəyə alan M23 üzvləri şəhərin elektrik və su sistemlərini yararsız hala salıb. Artıq Qomada bəzi bölgələrdə atışma gedir. Hazırda M23 üzvləri paytaxtın Sake rayonunu da ələ keçirib".

Lamiyə Əhmədli
MİA.AZ

Chosen
20
7
mia.az

10Sources