EN

“Qarabağ”ı tərk etdi, bakılı uşaqlar üçün bu VİDEOnu çəkdi

Moskva “Dinamo”su Bakıda futbol məktəbi açıb.

Bu barədə “Qarabağ”ın sabiq qapıçısı, hazırda Moskva təmsilçisinin uğurları üçün tər tökən Andrey Lunyov sosial media vasitəsi ilə çağırış edib.

O, Azərbaycanda belə bir məktəbin fəaliyyətə başladığını bəyan etməklə yanaşı, azərbaycanlı uşaqları peşəkar yöndə inkişaf etmək üçün bu məkana səsləyib.

Artıq klubun sosial media səhifələri də mövcuddur. Orada yazılanlara əsasən deyə bilərik ki, 4-14 yaş aralığında uşaqların qatıla biləcəyi məşqlər Bakı Olimpiya Stadionunda keçirilir.

İlk məşq pulsuz olur, komandanın əsl forması hədiyyə edilir.

HƏBİB / SPORTİNFO.AZ

Chosen
15
50
sportinfo.az

10Sources