EN

Qaluzin və Rəhman Mustafayev Aktau yaxınlığındakı qəzanı müzakirə etdilər


Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev Aktau yaxınlığında baş verən təyyarə qəzasını müzakirə ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Azərbaycan Hava Yollarına məxsus təyyarənin 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması mövzusu müzakirə edilərkən faciənin bütün hallarının aydınlaşdırılması üçün rəsmi araşdırmanın başa çatdırılması və onun nəticələrinin dərc edilməsinin zəruriliyi vurğulanıb”, - məlumatda deyilib.
Chosen
19
7
yeniavaz.com

10Sources