EN

Azərbaycanlı narkobaron azadlığa çıxa bilər

Estoniyada narkoticarətə görə 14,5 il müddətində azadlıqdan məhrum edilmiş azərbaycanlı, Tallində "Bakı", "Şeş-beş" və "Kiş-miş" kimi restoranların sahibi Əhliman Zeynalov vaxtından əvvəl azadlığa çıxa bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Virus qəza məhkəməsi Zeynalovun aprelin ortasında vaxtından qabaq şərti azadlığa buraxılması barədə işi nəzərdən keçirəcək.

Əhliman Zeynalov Estoniyada 3 dekabr 2007-ci ildə saxlanılıb, növbəti gün o, genişmiqyaslı beynəlxalq narkoşəbəkənin təşkilində ittiham olunaraq həbs edilib.

2010-cu ilin martında Xaryusk qəza məhkəməsi Zeynalovu 14 il 6 ay azadlıqdan məhrum edib.

Dövlət prokurorluğunun məlumatına görə, Zeynalov əlbir olduğu şəxslərlə 2005-ci ilin avqustunda Niderlandan Estoniyaya 6 kiloqram marixuana və 40 kiloqram həşiş göndərib.

Milli.Az

Chosen
9
39
milli.az

10Sources