EN

Tramp ABŞ-Meksika sərhədində divarın tikintisini başa çatdırmaq üçün qanun tələb edir

ABŞ Prezidenti Donald Tramp, Meksika ilə sərhəddə divarın tikintisini başa çatdırmaq üçün maliyyə təmin edəcək qanunun qəbul edilməsi lazım olduğunu bildirib.

 

Tramp Mayamidə Respublikaçılar Partiyasının qanunvericiləri qarşısında çıxış edərək, sərhəd mühafizəsinin gücləndirilməsi məqsədilə bir sıra tədbirlər görülməsini vurğulayıb. O, sərhədçi heyətinin rekord sayda artırılması, saxlanma yerlərinin sayının artırılması və sərhəd divarının tamamlanması da daxil olmaqla bütün sərhəd mühafizəsi infrastrukturunun maliyyələşdirilməsinin vacib olduğunu qeyd edib.

 

Tramp həmçinin, qeyri-qanuni mühacirləri öz ölkələrinə qaytara bilməsələr belə, deportasiya etmək imkanını araşdıracağını bildirib.

 

Bundan əvvəl ABŞ-ın yeni müdafiə naziri Pit Heqset, Pentaqonun ABŞ və Meksika arasındakı sərhəddə nəzarət üçün bütün lazımi resursları, o cümlədən əlavə qoşunları təmin edəcəyini açıqlamışdı./Trend

Tarix: 28 Yanvar 2025, 09:02   
Chosen
23
38
pravda.az

10Sources