EN

"Əl-Hilal" Neymarla rəsmən sağollaşdı

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu futbolçusu Neymarla müqaviləni ləğv edib.

Teleqraf.com klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Neymar Braziliyanın “Santos” klubu ilə anlaşdığı üçün onun “Əl-Hilal”la müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

32 yaşlı hücumçu keçən ilin noyabrında bir ildən sonra “Əl Hilal”ın heyətində ikinci oyununda diz nahiyəsindən zədə aldığından, cəmi iki matça çıxmışdı. Braziliyalının Ərəbistan təmsilçisi ilə müqaviləsinin bitməsinə hələ 6 ay müddət qalmışdı.

Qeyd edək ki, “Əl-Hilal”da cəmi 7 matça çıxan forvard cəmi bir qol və üç məhsuldar ötürmə ilə fərqlənib. O, 2009 - 2013-cü illərdə də çıxış etdiyi “Santos” klubu ilə tezliklə müqavilə bağlayacaq.


Müəllif: Röyanə Oğuz
Chosen
17
29
teleqraf.com

10Sources