EN

Fransa qorxu içində: Leyenin Trampa qarşı planı...

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyenin ticarət sazişlərinin bağlanmasını sürətləndirmək planı Fransanın kənd təsərrüfatını təhdid edir.

Publika.az xəbər verir ki, bunu Vətənpərvərlər Partiyasının lideri Florian Filippot sosial şəbəkələrdə yazıb.

O, qeyd edib ki, söhbət AK və fon der Leyenin Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampa qarşı hazırladıqları plandan gedir.

“Ursula fon der Leyen hazırda bütün dünyada meqa azad ticarət sazişlərini sürətləndirir. O, Amerika prezidentinə qarşı oynamaq üçün belə hərəkətlər edir. Fransadan olan fermerlər ehtiyatlı olmalıdırlar, çünki Avropa Birliyi onları əzmək niyyətindədir”, - Filippot bildirib.

Onun sözlərinə görə, AK rəhbəri Fransa nümayəndələrinin hər hansı etirazına baxmayaraq, Almaniyanın maraqlarından çıxış edir.

Chosen
5
5
publika.az

10Sources