EN

ABŞ Senatı Skott Bessenti Maliyyə Nazirliyinin rəhbəri vəzifəsinə təsdiqləyib

ABŞ

ABŞ Senatı Skott Bessenti Maliyyə Nazirliyinin rəhbəri vəzifəsinə təsdiqləyib. “Ulusum”.az xəbər verir ki, bu barədə "The Associated Press" məlumat yayıb. Bessentin namizədliyini 68 senator dəstəkləyib, 29-u isə əleyhinə səs verib.“Bessent öz yeni vəzifəsinə özəl sektorda və bazarlarda zəngin təcrübə, həmçinin işləyən amerikalıların ehtiyaclarına qayğı ilə yanaşacaq,” – deyə Senatın çoxluq lideri Con Tun bildirib.Tun, Bessentin "Amerika arzularının canlı nümunəsi" olduğunu vurğulayıb.1962-ci ildə Cənubi Karolinada anadan olan Bessent, təhsilini Yale Universitetində alıb. O, keçmişdə demokratları dəstəkləyib və Corc Soros ilə əməkdaşlıq edib.Senatda çıxışı zamanı Bessent qeyd edib ki, prezident Donald Trampın rəhbərliyi altında ABŞ iqtisadi tərəqqi yaşayacaq. O, lazım gələrsə, "xüsusilə böyük Rusiya neft şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq etməyə" hazır olduğunu bildirib. Məqsəd Rusiyanı danışıqlar masasına oturtmaqdır.Səidə

Diqqət Çəkənlər

Konqoda döyüşlər: 13 sülhməramlı həlak olub

HAMAS İsrail əsiri Arbel Yehudu 31 yanvarın sonuna qədər azad edəcək

NYT: Trampın Tülsi Qabbardın namizədliyinə şübhələri və mühafizəkarların narahatlığı

Chosen
15
46
ulusum.az

3Sources