Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev Qazaxıstanın Aktau şəhərinin yaxınlığındakı təyyarə qəzasını müzakirə ediblər.
Avtosfer.az xəbər verir ki, bu barədə Rusiya XİN-in bəyanatında bildirilir.
Qeyd olunur ki, görüş zamanı xidməti araşdırmanın yekunlaşdırılması və nəticələrinin ictimaiyyətə çatdırılmasının zəruriliyi vurğulanıb.
"Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması mövzusu müzakirə edilərkən faciənin bütün hallarının aydınlaşdırılması üçün rəsmi araşdırmanın başa çatdırılması və onun nəticələrinin dərc edilməsinin zəruriliyi vurğulanıb", - nazirlikdən bildirilib.