EN

“Daha yüksək səviyyədə oynamaq üçün daha yüksək səviyyəli futbolçular lazımdı” - Aslan Kərimov “Qarabağ”a haqq qazandırdı

İsveçdən – “Elfsborq”la səfər oyunundan əliboş qayıdan “Qarabağ” FKSB ilə matçda 3 xala ehtiyac duyurduş Yalnız ondan sonra hansısa möcüzəyə ümid etmək olardı. Amma alınmadı. Avropa Liqasında 6-cı məğlubiyyətlə üzləşən ağdamlıar artıq 34-cü pillədədi. Hətta “Olimpiakos”la son oyundamümkün qələbə də növbəti mərhələyə adlamaq üçün bəs etməyəcək.

Bəs məğlubiyyətin əsas səbəbi nə idi? “Qarabağ” standart vəziyyətlətdə niyə bu qədər zəifdi? Qapıçının oyunu, müdafiəçilərin fərdi səhvləri haqda nə düşünürsüz? Qurban Qurbanov “Qarabağ”ı bu enişdən qurtara biləcəkmi? Bunun üçün hansı addımlar atılmalıdı? Bu sualları təcrübəli mütəxəssis Aslan Kərimova ünvanladıq:

“Hər il Avropa Liqasını qrupundan çıxmaq deyə bir anlayış yoxdu. Hər keçdiyin yolda sənə böyük bir təcrübə qazandırır. Ona görə də “Qarabağ”ın mövsümü boşa verdiyini deməzdim. Sadəcə, bu nəticə zəif nöqtələri görməyə imkan yaratdı. “Qarabağ” fərqli səviyyədə olan komandalarla qarşılaşdı. “Bude/Qlimt” istisna olmaqla, hansısa detalların hesabına “Qarabağ” oyundan məğlub ayrıldı. FKSB-dən zəif deyildik, amma rəqibdən güclü də deyilik. Topa sahibolmada üstün təsir bağışladıq, üç real qol imkanı yaratdıq, ikisini reallaşdırdıq. Rəqib lazım olan halda kollektiv şəkildə müdafiə olunmağı bacardı. Fiziki baxımdan da çox yaxşı komplektləşmişdilər. Fərqli üslubda oynayan, amma eyni səviyyədə olan komandalar qarşılaşdı. Sadəcə, “Qarabağ”ın çatışmazlıqları var idi, onların üzərində işləmək lazımdı. Künc zərbəsinə gətirib çıxaran amillər var idi. İstədikləri vaxt əks-hücuma keçə bilirdilər. Qol buraxandan dərhal sonra hesabı bərabərləşdirirdilər. İstənilən vaxt açıq oyun nümayiş etdirib qollarını vura bildilər. Bir qədər bəxtləri gətirdi, qolların üçü də standart vəziyyətdən oldu. İdman bəxti və düzgün strategiya bu oyunda 3 xal qazanmağa kömək etdi. Təbii ki, heç kim fərdi səhvlərdən “sığortalanmayıb”. Tək qapıçı deyildi. Yankoviç özü də əslində 2-ci qolda topdan üzünü çevirdi. Qorxaq oyunçu da deyil ki, qorxaqlıqla ittiham edəsən. Həmin an refleks önə çıxdı. Zərbə anında bədənini çevirdi və top qapıdan keçdi. Rəqibin müdafiəçiləri də səhv edirdilər, onlar da səhvsiz oynamadılar. Sadəcə, onlar fərqli üslubda oynamağı bacarırdılar. “Qarabağ” dominant oynamağ çalışır. Belə oynayırsansa, gərək sənin müdafiəçilərin ortadan daha yuxarı səviyyəli futbolçular olsunlar. Hesab edirəm ki, “Qarabağ”ın pley-offa çıxa bilməməsi faciə deyil. Bunu uğursuzluq da saymıram. Sonraki illərdə də daha yaxşı çıxış edəcəyik. Limit məsələsi də var. 10 ilə yaxındı bu sistemdə oynayırlar. Bu sistemi mükəmməl şəklə gətirib çıxarıblar. Oyunçuların keyfiyyəti mükəmməl oynamağa imkan vermir. Daha yüksək səviyyədə oynamaq üçün daha yüksək səviyyəli futbolçular lazımdı. Həmin futbolçular da Azərbaycana gəlmir”.

ƏSƏD SEYİDOV
Chosen
33
50
football-plus.az

10Sources