ABŞ prezidenti Donald Trampın “Qrenlandiyanı almaq” bəyanatlarına cavab olaraq Danimarka regionda mövcudluğunu gücləndirmək üçün addım atıb.
İndex.az xəbər verir ki, Danimarka Müdafiə Nazirliyi təxminən 2 milyard dollarlıq müdafiə müqaviləsi ilə bağlı açıqlama verib.
Bəyanatda bu razılaşmanın Danimarka, Farer adaları və Qrenlandiya hökumətlərinin əməkdaşlığı nəticəsində əldə edildiyi bildirilib.
Bəyanatda, razılaşmanı dəstəkləyən tərəflərin bölgənin suverenliyini qorumaq və müşahidə imkanlarını artırmaq məqsədi daşıdığı vurğulanıb və bu çərçivədə Qrenlandiya ətrafında 3 yeni Arktika donanma gəmisinin və 2 gəminin yerləşdiriləcəyi bildirilib. Bölgəni izləmək üçün uzun məsafəli pilotsuz uçuş aparatlarından istifadə ediləcək.