EN

Kreml qırıcıların İrana verilməsini şərh etmir

Kremlin sözçüsü Dmitri Peskov keçirdiyi brifinq zamanı Rusiyanın Su-35 qırıcılarının İrana tədarükü ilə bağlı suala şərh verməkdən imtina edib.

"Mən bunu şərhsiz buraxacağam",- deyə o, neçə hava döyüş maşınının təhvil verilməsinin müzakirə edilməsinə dair suala cavab verib. 

Yanvarın 27-də SEPAH (Silahlı Qüvvələr tərkibindəki elit İran hərbi-siyasi birliyi-red.) generalı Əli Şadman bəyan etmişdi ki, İran Rusiyadan Su-35 çoxməqsədli supermanevrli qırıcılar alıb.

O əlavə edib ki, ehtiyac yarandıqda İran ordusunu gücləndirmək üçün hərbi texnika alacaq.

Tural

Chosen
14
22
news365.az

10Sources