ABŞ birjalarında, xüsusilə texnoloji şirkətlərin səhmlərində böyük çöküş baş verib. Yanvarın 27-də dünyanın ən böyük texnologiya şirkəti olan «Nvidia» bir gündə 600 milyard dollar ucuzlaşıb.
FED.az xəbər verir ki, ucuzlaşmaya səbəb Çinin «DeepSeek» şirkəti, daha dəqiqi həmin şirkətin «ChatGPT»-dən daha «ağıllı» olan yeni «R1» süni intellektini yaratması olub.
ABŞ-ın süni intellekt qurğuları üçün çiplər buraxan «Nvidia» şirkətinin səhmləri 17,8% ucuzlaşıb. Buna səbəb Çinin yeni «DeepSeek» süni intellekt şirkətinin birdən birə mşhurlaşmasıdır. Bu şirkət məşhur süni intellekt olan «ChatGPT»nin rəqibi sayılır.
«Financial Times» qəzeti yazır ki, Nvidianın səhmləri elə kəskin ucuzlaşıb ki, şirkət dünyanın ən bahalı şirkəti titulunu itirib və «Apple» və «Microsoft» şirkətlərindən aşağı düşüb.
Belə kəskin azalma «Nvidia»nın səhmlərinini qiyməti COVID-19-dan sonra ilk dəfədir. Ümumiyyətlə bir şirkətin bir gündə 620 milyard dollar itirməsi isə tarixdə ən böyük çöküş adlanır.
Ümumilikdə Çin şirkətinin «partlaması» ilə Amerikada bu sahə ilə məşğul olan şirkətlərin ümumi dəyəri 1 trilyon dollardan çox azalıb.
«Nvidia»nın baş direktoru Censen Xuanqın sərvəti isə 21 milyard dollar azalaraq 124 milyard dollardan 103 milyard dollara enib. Çin şirkətinin partlayışı ilə yaranan çökmə təkcə «Nvidia»ya aid olmayıb.
Ötən gün «S&P 500» indeksi 1,5%, «Nasdaq 100» indeksi isə təqribən 3% aşağı enib.
Çöküş səbəbsiz deyil – Çin şirkətinin yaratdığı yeni model süni intellekt birdən birə populyarlaşıb. Təkcə yanvarın 27-də «DeepSeek» yükləmələrin sayına görə «ChatGPT»ni keçib.
Xatırladaq ki, ötən həftə «DeepSeek» süni intellektin yenilənmiş modelini təqdim edib, hansı ki, sektordan olan mütəxəssislərin fikrincə, bəzi paorametrlərə görə, «OpenAI» şirkətinin «ChatGPT» alətindən daha üstündür.
Belə ki, «DeepSeek»in «R1» çat botunun əvvəlki çat botlardan fərqi ondadır ki, o istifadəçilərin suallarını cavablandırarkən onları əsaslandırır.
Yeni süni intellektin yaradılması və birdən birə populyarlaşması ABŞ-da bu sahədəki investorların ciddi narahatlığına səbəb olub. Onlar hesab edirlər ki, Çinin bu sahədəki uğurları nəticəsində ABŞ-ın bu sahədə liderliyi itirilə bilər.
İş o yerə çatıb ki, «OpenAI» şirkətinin əsas investoru olan «Microsoft» şirkətinin rəhbəri Satya Nadella Davosda keçirilən Dünya İqtisadi Forumunda «R1» çat-botunu super təsirli adlandırıb və bildirib ki, bu mövzu ilə bağlı Çindən gələn xəbərlərə «çox-çox ciddi» yanaşmaq lazımdır.
Məsələ bundadır ki, «DeepSeek»in uğurları nəticəsində investorların süni intellekt üçün avadanlıqlar hazırlayan «NVIDIA» şirkəti kimi, şirkətlərə yatırım etməsi azala bilər.
Üstəlik yeni çat botun yaradılması üçün xərclər amerikan şirkətləri ilə müqayisədə qat-qat aşağıdır.