AZ

“Nvidia” Çinin “DeepSeek” süni intellekt startapına görə yarım trilyon dollar dəyər itirib

ABŞ-nin çip istehsalçısı “Nvidia” Çinin “DeepSeek” süni intellekt startapına görə yarım trilyon dollar dəyər itirib.

Çinli startapın Google və OpenAI kimi rəqiblərindən daha qısa müddətdə, daha ucuz qiymətə və daha az çiplə inkişaf etdirdiyi süni intellekt modeli tez bir zamanda bütün dünyada geniş şəkildə istifadə olunmağa başlayıb. Model ABŞ-də yerləşən ChatGPT-ni geridə qoyaraq tətbiq mağazalarında ən çox yüklənən süni intellekt proqramına çevrilib.Çinin ucuz qiymətə süni intellekt modelini işə salması qərb şirkətlərinin, xüsusən də ABŞ-nin sektorda hökmranlığına və bu sahədə etdikləri böyük xərclərə dair şübhələri artırıb.

ABŞ çip nəhəngi Nvidia-nın cümə günü bağlanışda 142,62 dollar olan səhm qiyməti bu gün 117,26 dollara düşüb. Çip şirkətinin səhmləri bir gündə təxminən 18 faiz dəyər itirib.

Qeyd edək ki, Nvidia səhmləri 2020-ci ilin martından bəri ən böyük gündəlik dəyər itkisinə məruz qalıb, şirkətin bazar dəyəri isə 500 milyard dollardan çox azalıb.

Şirkətin bazar dəyərindəki eniş ABŞ fond bazarı tarixində ən böyük gündəlik eniş kimi qeydə alınıb. "Nvidia"nın bazar dəyəri 3 trilyon dollardan aşağı düşərək, dünyanın ən böyük şirkətlərinin reytinqində ikinci yerdən üçüncü yerə düşüb. (APA)

Seçilən
43
16
xezerxeber.az

10Mənbələr