AZ

Tramp 30 minə qədər miqrantın Quantanamoda saxlanılması haqqında sərəncam imzalayacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ Prezidenti Donald Tramp Kubadakı Quantanamo həbsxanasında 30 minə qədər qeyri-qanuni miqrantın müvəqqəti saxlanmasına hazırlıqla bağlı sərəncam imzalayacaq.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Mən Quantanamo həbsxanasında 30 min nəfərlik yerin hazırlanması ilə bağlı sərəncam imzalayacağam. Çox insanın bununla bağlı heç bir məlumatı yoxdur. Bizim məqsədimiz amerikalıları təhdid edən qeyri-qanuni miqrantlar arasında ən təhlükəli cinayətkarları saxlayacaq bir yer hazırlamaqdır. Quantanamoda bunun üçün uyğun yerimiz var" , - ABŞ lideri Ağ Evdə çıxışı zamanı bildirib.
Seçilən
14
50
oxu.az

10Mənbələr