Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Kubadakı Quantanamo həbsxanasında 30minədək qeyri-qanuni immiqrantın müvəqqəti saxlanmasına hazırlıqlabağlı sərəncam imzalayacaq.
Trend xəbər verir ki, bunuAmerika lideri Ağ Evdə çıxışı zamanı deyib.
“Amerikalıları təhdid edən qeyri-qanuni mühacirlər arasında ənpis cinayətkarları saxlamaq üçün Quantanamoda 30 000 yer var.Bəziləri o qədər pisdir ki, başqa ölkələrin onları dəstəkləməsinəinanmırıq. Ona görə, biz onların geri qaytarılmasını istəmirik vəQuantanamoya göndərəcəyik. Oradan çıxmaq çətin işdir”, - deyə, oqeyd edib.