"Bornmut"un mərkəz müdafiəçisi Din Huysen klubu tərk edə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, gənc ispaniyalının xidmətində "Real", "Bayern" və "Yuventus" klubları maraqlıdır.
Qeyd edək ki, daha əvvəl "Barselona"nın Huysenlə maraqlanması ilə bağlı məlumatlar yayılmışdı.
Huysen 2024-cü ilin yayından "Bornmut"da çıxış edir.
Müdafiəçinin "Bornmut"la müqaviləsi 2030-cu ilə qədərdir.