EN

Fevralda baş verəcək astroloji hadisələrin bürclərə təsiri necə olacaq? - PROQNOZ

Astroloji hadisələrin bürclərə təsiri əksəriyyətin maraq obyektində olan məsələdir. Fevral ayında baş verəcək astroloji hadisələr də bürclərə müxtəlif cəhətlərdən təsir edəcək. Bu proseslər xüsusilə sevgi, yeniliklər və emosional vəziyyətlərdə özünü göstərəcək.

 

Sfera.az fevral ayında baş verəcək astroloji hadisələrin bürclərə təsiri ilə bağlı məlumatı təqdim edir.

 

Fevralda Günəş Dolça bürcündə olacaq. Bu  müddət ərzində yeniliklər və azadlıq ön plana çıxacaq, insanlar öz fərdi ehtiyaclarına daha çox diqqət yetirəcək. Texnoloji inkişaf və gələcəyə yönəlmiş planlar üçün əlverişli şərait yaranacaq. Bu astroloji hadisənin xüsusilə Dolça, Əkizlər və Tərəzi bürclərinə təsiri olacaq. Belə ki, onlar üçün yaradıcılıq imkanları artacaq, daha açıq fikirli olacaqlar. Şir və Buğa bürcləri üçünsə bu dövr daha çox özünü təsdiq etmək baxımından sınaq mərhələsidir.

 

18 fevral – 20 mart tarixində Günəş Balıqlar bürcünə keçəcək. Bu zaman duyğusallıq, empatiya və yaradıcılıq enerjiləri ön planda olacaq. İncəsənətlə əlaqəli məsələlərə maraq artacaq. Bu hadisə Balıqlar, Xərçəng və Əqrəb bürclərinə təsirsiz ötüşməyəcək. Onlar üçün daxili dünyalarına daha çox yönəlmək, emosional dərinliklərdə güclənmək imkanı yaranacaq. Buğa və Qız bürcləri isə emosional balansı qorumaqda çətinlik çəkəcəklər.

 

9 fevral tarixində Yeni Ay Dolça bürcündə olacaq. Yeni Ay həmişə yeni başlanğıclara işarə edir. Dolça bürcündəki Yeni Ay ideyalar və təzə başlanğıclar üçün ideal zamandır. Yeni dostluqlar, sosial əlaqələr və texnoloji inkişaflar üçün əlverişli enerjilər yaranacaq. Dolça və Əkizlər bürcləri üçün yeni layihələr başlatmaq baxımından əlverişli dövrdür. Buğa və Şir bürcləri isə yeniliklərə qarşı müqavimət göstərə bilər.

 

24 fevralda Tam Ay Balıqlar bürcündə olacaq. Bu hadisə tamamlama enerjisi daşıyır. Əlaqələrdə, duyğusal vəziyyətlərdə və ya yarımçıq qalmış işlərdə nəticələr almaq dövrüdür. Balıqlar bürcündəki Tam Ay isə xüsusilə duyğusal dəyişiklikləri vurğulayacaq. Su elementinə aid olan Balıqlar, Xərçəng və Əqrəb bürcləri üçün dərin emosional anlayışlar və ruhaniyyət ilə bağlı məsələlərdə irəliləyiş olacaq. Qız və Oxatan bürcləri isə duyğularını tarazlamaqda çətinlik çəkəcəklər.

 

7 fevral – 5 mart tarixində Venera Qoç bürcündə olacaq. Venera sevgi, əlaqələr və gözəllik planetidir. Venera Qoç bürcündə olduğu zaman insanlar daha cəsur, ehtiraslı və dürüst ola bilər. Qısamüddətli əlaqələr və spontan davranışlar artacaq. Qoç, Şir və Oxatan bürcləri üçün sevgi və münasibətlərdə canlanma, yeni ehtiraslar mümkündür. Tərəzi və Oğlaq bürcləri üçün isə qarşıdurmalar və gərginliklər yarana bilər.

 

Günay 

Chosen
14
50
sfera.az

10Sources