EN

İndoneziyanın mərkəzində Semeru vulkanı püskürüb

Semeru vulkanının püskürməsi İndoneziyanın mərkəzi hissəsində yerləşən Şərqi Yava əyalətində qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Asiya ölkəsinin Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzinə istinadən Jakarta Globe nəşri məlumat yayıb.

Məlumata görə, kül sütunu vulkanın kraterindən təxminən 1000 m yüksəkliyə və ya dəniz səviyyəsindən 4776 m yüksəkliyə çatıb.
Qeyd olunur ki, kül şərq və cənub-şərq istiqamətlərində böyük intensivliklə yayılır.
Səlahiyyətlilər yerli sakinləri ehtiyatlı olmağa və vulkandan təhlükəsiz məsafə saxlamağa çağırıb.

Semeru İndoneziyanın dördüncü ən yüksək vulkanıdır (dəniz səviyyəsindən 3676 m yüksəklikdə) və Yava adasındakı ən yüksək zirvədir.

Chosen
10
50
ucnoqta.az

10Sources