EN

Ukrayna Təhlükəsizlik Xidməti rusiyalı general-mayora dəfn çələngi göndərib

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiya Şimal Hərbi Dairəsinin 150-ci motoatıcı diviziyasının komandiri, general-mayor Vitali Terexinə dəfn çələnginin çatdırılmasını təşkil edib.

Herbiand.az bildirir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.

Kanalın məlumatına görə, Ukrayna xüsusi xidmət orqanlarının nümayəndələri internetdə “çətin olmayan iş” elanı yerləşdiriblər və buna iki işsiz şəxs cavab verib.

Ruslar çələngin yerləşdiyi yerin koordinatlarını və alıcının ünvanını alıblar. Bundan sonra bağlamanı çatdırıb və gediblər.

Çələng hərbçinin yaxınları tərəfindən aşkar edilib və hadisə yerinə hüquq-mühafizə orqanlarını çağırıblar. Çələngdə heç bir partlayıcı olmayıb.

Artıq kuryerlər kameralar vasitəsilə müəyyən edilib və onlar axtarılır.

Bəxtiyar CƏFƏRLİ

Chosen
11
2
herbiand.az

10Sources