EN

İşğaldan azad olunmuş ərazilərə ötən il 4,8 milyard manat vəsait xərclənib

Bakı, 28 yanvar, AZƏRTAC

Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulmasına və bərpasına ötən il dövlət büdcəsindən 4 milyard 828,5 milyon manat vəsait ayrılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilir.

İl ərzində sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə dövlət xəzinədarlıq orqanlarına təqdim edilmiş xərc sifarişlərinin maliyyələşdirilməsi ilə dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə nəzərdə tutulmuş 4 milyard 855,8 milyon manat vəsaitin 99,4 faizini sifarişçi təşkilatlar tərəfindən, dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin isə 98,5 faizi və yaxud 2 milyard 771,1 milyon manatı istifadə olunub.

Chosen
11
24
azertag.az

10Sources