EN

Azərbaycandan Avropaya yaşıl enerji dəhlizinin yaradılması üzrə atılacaq addımlar müzakirə olunub

“Azərbaycan-Mərkəzi Asiya-Avropa” yaşıl enerji dəhlizinin yaradılması üzrə görülən işlər və atılacaq növbəti addımlar müzakirə olunub. SİA Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr energetika nazirinin müavini Orxan Zeynalov Özbəkistanın Daşkənd şəhərində keçirilən Özbəkistan, Qazaxıstan və Qırğız Respublikasının su və energetika nazirlərinin növbəti görüşündə öaparılıb.

Tədbirdə çıxış edən nazir müavini Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini, dövlət başçılarının siyasi iradələrinin və qarşılıqlı səfərlərin ikitərəfli və çoxtərəfli əməkdaşlığın dərinləşməsinə geniş imkanlar açdığını vurğulayıb. Azərbaycanın energetika sahəsində, xüsusilə bərpa olunan enerji sahəsində gördüyü işlər, əldə etdiyi uğurlar, yaşıl enerji dəhlizləri, COP29-un enerji təşəbbüsləri barədə məlumat verilib.

Nazir müavini Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi layihəsi üzrə nazir müavinləri səviyyəsində keçirilmiş müzakirələrə də qatılıb.

Görüşdə onlayn formatda iştirak edən Səudiyyə Ərəbistanı Krallığının energetika nazirinin müavini Fuad Mosa Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi layihəsinə ölkəsinin marağını bir daha ifadə edib və bu istiqamətdə COP29 çərçivəsində 4 ölkə arasında imzalanmış İcra Proqramından irəli gələn məsələlər müzakirə edilib.

Səfər çərçivəsində Qırğızıstanın energetika naziri Taalaybek İbrayev, həmçinin, Çin Xalq Respublikasının “Datang” şirkəti və Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin nümayəndələri ilə görüşlər keçirilib, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.

Chosen
11
50
sia.az

10Sources