EN

"Azərbaycan təyyarəsinin vurulması ilə bağlı Rusiyanın hoqqabazlığı öz başında çatlayacaq"— AÇIQLAMA

“Hazırda Kremlin məsuliyyətdən yayınmaq cəhdləri ən yüksək səviyyədə özünü göstərir. Rusiya xarici işlər naziri Sergey Lavrov  ötən həftələrdə mətbuata yanlış istiqamət verməsi, onun səhəri gün Rusiyanın "Baza" "Telegram" kanalının yalan məlumatı tirajlaması Rusiyanın məsuliyyəti öz çiynindən atmaq cəhdləridir”.

Bu sözləri Demokrat.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.

O qeyd edib ki, Rusiyanın Azərbaycan təyyarəsini vurması faktı birmənalı olaraq artıq sübuta yetirilib:

“Ötən gün Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev Qazaxıstanın Aktau yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğramasını müzakirə ediblər. Müzakirə zamanı Mixail Qaluzinin Rəhman Mustafayevi bir növ danlaması artıq həyasızlığın pik nöqtəsi idi. Rusiya Azərbaycan təyyarəsinin vurduğuna görə üzr istəmək, konpensasiya ödəmək əvəzinə, Azərbaycanın üzərinə hələ bir basqı da edirlər. Əlbəttə burada uduzan Rusiya olacaq. Rusiya təkcə, Azərbaycanı itirməyəcək. Yəni, bu məsələdə onlar sona qədər öz inadkarlığını davam etdirəcəklərsə, qardaş Türkiyə ilə də münasibətləri korlayacaqlar. Rusiya unutmamalıdır ki, harada Azərbaycan varsa, orada Türkiyə var, harada Türkiyə varsa, orada Azərbaycan var”. 

Ekspert əlavə edib ki, bütün bunlar Rusiya üçün çox pis olacaq:

“Yəni, bu təyyarə məsələsi, nə Malaziya, nə də Polşa məsələsidir. Azərbaycanın mülkü təyyarəsini vuran şəxslər məsuliyyətə cəlb edilməlidir. İndiki halda Rusiya heç bir halda öz məqsədinə çatmayacaq. Rusiya öz cinayətlərinin sanki cəzasız qalacağını düşünür. Azərbaycan təyyarəsinin vurulması ilə bağlı Rusiyanın hoqqabazlığı öz başında çatlayacaq. Mən buna heç vaxt şübhə etməmişəm, indi də etmirəm. Azərbaycana qarşı guya müttəfiq olan Rusiya hər zaman qeyri-səmimi olub, təyyarə hadisəsində də bir daha öz qeyri-səmimiliyini açıq şəkildə büruzə verdi. Rusiya-Azərbaycan münasibətləri bu gün çətin imtahan qarşısındadır və burada da məsuliyyət Rusiyanın üzərindədir”.

Leyla Turan
Demokrat.az
Chosen
9
50
demokrat.az

10Sources