EN

Bu məhsulların da qiyməti arta bilər - AÇIQLAMA

Son dövrlərdə Azərbaycanda ət qiymətlərində artım müşahidə olunur. Əvvəlki aylarla müqayisədə mal ətinin qiymətində 1, quzu ətinin qiymətində isə 2 manat fərq var.

Bəs bu artım nə ilə əlaqəlidir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında iqtisadçı Günay Hüseynova bildirdi ki, ətin qiymətindəki artım müxtəlif amillərlə əlaqədardır:

"Bazarda tələb və təklifə əsasən dəyişir. İlkin səbəb odur ki, bazarda qıtlıq var. Bununla yanaşı yerli istehsal əhalinin tələbini qarşılamadığı üçün bu məhsul müxtəlif ölkələrdən idxal olunur. Xaricdən ətin gətirilməsi qiymətləri nisbətən tarazlayır. Azərbaycanda yerli istehsal ətə olan tələbatın 70-75 ffaizini qarşılayır. Ötən il ölkəmizə 117.000 dollar dəyərində 54.000 tona yaxın ət idxal edilib. Bir öncəki il ilə müqayisədə 40 faizə yaxın artım deməkdir. İdxalın 0.70 faizə yaxını ətin payına düşür. Digər səbəb otlaq sahələrinin kifayət qədər olmaması, yemin təsərrüfat sahibləri üçün baha başa gəlməsidir. Bu kimi səbəblərdən dolayı hər kiloqram üçün bazarda 0.50-1 AZN qiymət artımı müdahidə edilir. Bununla yanaşı 2023-cü ildə idxal edilən ətin 1 kiloqramının orta dəyəri 3,5 manat, 2024-cü il də 3,72 manat, hazırda isə təqribi 4,05 manat civarındadır".

​​​​​​

İqtisadçının sözlərinə görə, yağ və süd məhsullarının qiymətində də artım baş verə bilər:

"Yağ, süd məhsullarının qiymətində artım bir o qədər də olmasa növbəti ayın sonlarına doğru qiymət artımı olacağı gözlənilir. Növbəti illərdə ət və ət məhsullarının qiymətində enmə gözləniləndir. Torpaqların azad edilməsi, örüş sahələrinin kifayət qədər olması maldarlığa öz müsbət təsirini göstərəcək. Torpaqların minalardan təmizlənməsi, torpaqların yenidən dövriyyəsi yaxın zamanda öz həllini tapacaq".

Türkan İSGƏNDƏRLİ 

Chosen
10
17
redaktor.az

10Sources