EN

Estoniya Avropanı Rusiyanı dayandırmaq üçün hərəkətə keçməyə çağırdı- Ukraynaya 134 milyardlıq yardım kifayət etmir

Image

Estoniyanın baş naziri Kaya Kalass Avropa İttifaqının xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında bildirib ki, Ukraynada cəbhə xətti qərbə doğru dəyişməkdə davam edir. 

Cəbhə xəttinin şərqə doğru geri çəkilməsinin vacib olduğunu vurğulayan Kalass deyib ki, Ukraynanın daha çox sursat, hava hücumundan müdafiə sistemi və təlim keçmiş əsgərlərə ehtiyacı var. 

O, həmçinin bildirib ki, Avropa indiyədək Ukraynaya 134 milyard avrodan çox yardım edib, lakin bu, kifayət etmir. Kalass deyib ki, Ukraynaya hərbi dəstəyin artırılması və Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi təhlükəsizlik baxımından vacibdir.

TAHİR





Chosen
7
50
baki-xeber.com

10Sources