EN

"Gənclər bunları mütləq nəzərə almalıdırlar” - EKSPERT DANIŞDI

“İxtisas seçimi prosesinin magistr pilləsi üçün başlanmasına hələ 4-5 ay, bakalavr pilləsinə qəbul üçün isə hələ 6 ay var. Əlbəttə bu qədər vaxtda indidən müəyyən biliklərə sahib olmaq lazımdır. İlk növbədə “Biz hansı ixtisasda təhsil almaq istəyirik?” sualına cavab verməliyik. Həmin ixtisas gələcəkdə bizim üçün müvafiq əmək bazarında iş imkanı yaratsın və əmək bazarında daha çox tələbatlı ixtisas olsun. İkinci növbədə dövlət sifarişli təhsil almaq imkanı yoxlanılmalıdır, yəni pulsuz təhsil almaq olarmı?”. Bu sözləri elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, əgər pulsuz təhsil almaq imkanı yoxdursa, o zaman ödənişli əsaslarla daha keyfiyyətli təhsil almaq imkanı düşünülməlidir: “Bununla yanaşı hansı universitetlərdə yaxşı təhsil almaq imkanı araşdırılmalıdır. O cümlədən gənclər illik ödənişli əsaslarla təhsil alacaqlarsa təhsil haqqı məsələsi diqqətdə saxlanılmalıdır. Yəni ailənin təhsil haqqını ödəmək yaxud təhsil kredit fondunun həmin insana kredit vermək imkanları nəzərə alınmalı və bu kimi parametrlərə diqqət yetirmək lazımdır. Belə məsələlərdə yaxşı olar ki, araşdırma aparmaları və ya mütəxəssis fikirlərini öyrənsinlər və onun əsasında ixitsaslaşma aparsınlar. Əlbətdə görürük ki, yanlış ixtisas seçimi zamanı qəbul olma şansları sıfırlanır, burada adətən valideynlər böyük rol oynayır. Həmçinin oxuduğu ixtisas üzrə gələcəkdə iş tapıb işləmə imkanı məhdud olur və “iş yoxdur”, “diploma alınıb evin küncünə qoyulub” kimi ifadələr çox eşidilir. Eyni zamanda nə qədər plan yerlərinin ayrılmasına, müsabiqəyə neçə abituriyentin buraxılması məsələsinə diqqət yetiriləcək məqamlardır ki, gənclər bunları mütləq nəzərə almalıdırlar”.

Müəllif: Xeyrənsə Piriyeva
Chosen
12
14
sia.az

10Sources