EN

Hindistanda sirli epidemiya: Naməlum xəstəliyə yoluxanların yarısı ölüb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Hindistanın keçmiş Cammu və Kəşmir ştatında naməlum xəstəliyin yayılması qeydə alınıb. Ümumilikdə 38 yoluxma halı qeydə alınıb, xəstələrdən 17-si həyatını itirib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Rospotrebnadzor" (Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) xəbər verib.
Bildirilib ki, bütün xəstələr üç ailənin üzvləridir.
Xəstəliyin əlamətləri arasında qızdırma, ürəkbulanma və zəiflik var. Ölənlərdə beyin ödemi aşkar edilib. Araşdırmalar göstərib ki, xəstəlik toksinlər tərəfindən törədilib, lakin hansı toksinlər olduğu müəyyən edilməyib.
"Rospotrebnadzor" Hindistan Respublikasında naməlum etiologiyalı xəstəlik halları haqqında məlumatları izləyir. Qurumun müəssisələr şəbəkəsində laboratoriya bazası yaradılıb, təlim keçmiş mütəxəssislər var və aparıcı elmi təşkilatların istinad mərkəzləri fəaliyyət göstərir ki, bu da riskləri tez aşkar etməyə və əlavə tədbirlər görməyə imkan verir", - deyə qurumdan bildirilib.
Chosen
19
42
oxu.az

10Sources