EN

İranlı jurnalist İsrail tərəfindən saxlanıldı

İranın dövlət Radio və Televiziyasının (IRİB) jurnalisti Qəzza zolağında İsrail tərəfindən saxlanılıb.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bu barədə İRİB-in rəhbəri Peyman Cebeli deyib.

O, hazırda İsrail ərazisindədir.

"Bizdə olan məlumata görə, bu jurnalist İsrail rejimi tərəfindən tutularaq həbs edilib... Ailəsi bu hadisəni ictimaiyyətə açıqlamaq istəməyib... O, hələ də Qəzzada deyil, işğal olunmuş ərazilərdə əsirlikdədir", - deyə Cebeli qeyd edib.

Fələstinin Qəzza zolağında münaqişə tərəfləri - İsrail və HƏMAS hərəkatı Qətər, Misir və ABŞ-ın vasitəçiliyi ilə yanvarın 19-dan etibarən 42 gün müddətinə atəşkəs haqqında razılığa gəlib və hərbi əməliyyatlara yekun son qoymaq istəklərini bəyan ediblər. Birinci mərhələdə Həmas İsrailin 1890-dan çox məhbusu azad etməsi müqabilində 33 girovu azad edəcək.

Chosen
26
50
unikal.az

10Sources