Federal Aviasiya Administrasiyasının (FAA) müvəqqəti uçuş məhdudiyyətlərini aradan qaldırmasından sonra ABŞ-ın şimal-şərqində sirli pilotsuz təyyarələrin yeni görüntüləri qeydə alınıb.
Oxu24.com xəbər verir ki, bu barədə NBC News kanalı məlumat yayıb.
Araşdırma firması Enigma Labs bildirdi ki, 2024-cü ilin noyabrından bəri Birləşmiş Ştatlarda 650 pilotsuz uçuş aparatının müşahidəsi qeydə alınıb, əksəriyyəti şimal-şərqdə.
2025-ci ilin yanvar ayında şirkət Nyu-York, Nyu-Cersi, Delaver, Pensilvaniya və Virciniya ştatlarında 49 yeni hadisə, o cümlədən qadağanın ləğvindən sonra 14 yeni hadisə qeydə aldı.
İlk pilotsuz təyyarələrin uçması halları ötən ilin noyabrında qeydə alınıb. Həmin vaxt sirli dronların xüsusi aktivliyi Nyu-York, Nyu-Cersi və qonşu ştatlarda müşahidə olunurdu. Nəticədə yerli hava limanlarının işi iflic olub. Federal Aviasiya Administrasiyası dekabr ayında dron uçuşlarına müvəqqəti məhdudiyyətlər tətbiq etdikdən sonra fəaliyyət əhəmiyyətli dərəcədə azalıb.
ABŞ prezidenti Donald Tramp vəziyyəti şərh edərkən “sirli” pilotsuz təyyarələri vurmağa çağırıb. “Əsrarəngiz pilotsuz təyyarələr ölkənin hər yerində aşkarlanıb. Bu, doğrudanmı hökumətimizin xəbəri olmadan baş verir? Mən belə düşünmürəm! Camaatı xəbərdar edin və dərhal. Əks halda, onları güllələyin! — o, özünün Truth Social sosial şəbəkəsində yazıb.
Nigar