Cənubi Koreyanın ikinci böyük şəhəri olan Busanda aeroportda sərnişin təyyarəsi havaya qalxmazdan əvvəl yanıb.
Yanğın yanvarın 28-i axşam saatlarında Honq-Konqa uçmalı olan “Air Busan” təyyarəsinin göyərtəsində baş verib. Təyyarənin quyruğunda başlayan yanğın daha sonra gövdəyə keçib.
Hadisə zamanı laynerin göyərtəsində 169 sərnişin və 7 ekipaj üzvü olub. Onların hamısı təxliyə edilib.
Yanğının səbəbi barədə məlumat verilmir.
(LEAD) Airplane catches fire at Busan airport; no injuries reported //t.co/3SWueJjuir
— Yonhap News Agency (@YonhapNews) January 28, 2025