Yonhap News agentliyinin məlumatına görə, Cənubi Koreyanın Pusan şəhərindəki Kimhe beynəlxalq hava limanında sərnişin təyyarəsi yanıb. “Ulusum”.az xəbər verir ki, göyərtədə 169 sərnişin və 7 ekipaj üzvü olub. Onlar təcili təxliyə edilib və hadisə nəticəsində xəsarət alan olmayıb.Yanğın təyyarənin quyruq hissəsində başlayıb və sürətlə füzelyaj boyunca yayılıb. Hava limanı əməkdaşları alovu nəzarət altına alıb. Təyyarə Air Busan aviaşirkətinə məxsus olub və Honq Konqa uçmalı idi.Hadisənin dəqiq səbəbləri hazırda araşdırılır.Səidə
Diqqət Çəkənlər
ABŞ-da 95 yaşında Reyqanın keçmiş məsləhətçisi Syuzanna Massi vəfat edib
Ağdaşda iki yaşlı uşaq badam qırıntılarından boğularaq dünyasini dəyişib
Hakimiyyətin zorla ələ keçirilməsinə yönələn çağırışlar etməkdə təqsirləndirilən şəxsə hökm oxunub