EN

"OpenAI" rəhbəri çinli rəqiblərin uğurlarını şərh etdi

"OpenAI" şirkətinin rəhbəri Sam Altman Çinin "DeepSeek" şirkətinin uğurlarını təsirli adlandırıb. Bu şirkət yaxın günlərdə süni intellektlə işləyən daha ucuz çatbot modelini təqdim edib. 

Valyuta.az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.

Altman qeyd edib ki, "DeepSeek" şirkətinin uğuru daha da diqqətəlayiqdir, çünki bu nailiyyətlər böyük maliyyə vəsaiti sərf etmədən əldə olunub.

O, "OpenAI"ın daha üstün modellər hazırlayacağını və bu istiqamətdə işlərin sürətləndiriləcəyini vəd edib. Bundan əlavə, Altman "DeepSeek"in uğurunun ilhamverici olduğunu vurğulayıb.

Bazar ertəsi "Bloomberg" nəşri yazıb ki, çinli "DeepSeek" şirkətinin təqdim etdiyi daha ucuz çatbot modelindən sonra Avropa və ABŞ şirkətlərinin bir sıra səhmlərinin dəyəri enib. Xüsusilə, ABŞ-ın "Nvidia" şirkətinin qrafik prosessorlar istehsalçısının səhmləri 10% ucuzlaşıb.

Növbəti gün ABŞ-ın keçmiş prezidenti Donald Tramp elan edib ki, naməlum bir Amerika şirkəti gələn həftə süni intellekt sahəsində yeni bir texnologiya təqdim edəcək və bu yenilik "DeepSeek" çatbotundan daha üstün olacaq.

Paşa Məmmədli

Chosen
21
42
valyuta.az

10Sources