EN

Konqoda BMT missiyasının binasına hücum edilib

Kinşasada BMT missiyasının binası nümayişçilərin hücumuna məruz qalıb.

Konqo Demokratik Respublikasının (KDR) paytaxtı Kinşasada BMT missiyasının binası nümayişçilərin hücumuna məruz qalıb.

Operativ Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, nümayişlər eyni vaxtda Belçika, Keniya, Niderland, Ruanda, ABŞ, Uqanda və Fransa səfirlikləri qarşısında keçirilib.

Aksiyalar bu ölkələrin hökumətlərinin birləşmələri Ruanda Ordusunun dəstəyi ilə Qoma şəhərinə daxil olan "23 Mart Hərəkatı" (M23) üsyançı qruplaşmasına qarşı fəaliyyətsizliyinə etiraz olaraq keçirilib.

Etirazçılar səfirliklərin qarşısında təkər yandırıb, missiyaların hasarlarından binalara daş və beton parçaları atıblar.

Chosen
7
6
operativmedia.az

10Sources