EN

Nyu-Yorka uçan təyyarədə uşaq dünyaya gəldi

  Daşkənddən Nyu-Yorka uçan “Uzbekistan Airways” aviaşirkətinə məxsus təyyarədə körpə dünyaya gəlib.

Bu barədə aviaşirkətin mətbuat xidməti "Telegram" kanalında məlumat yayıb.

“Aviaşirkətin 33-cü ildönümü günü Daşkənddən Nyu-Yorka uçan HY101 reysinin göyərtəsində inanılmaz hadisə baş verib. Uçuş zamanı sərnişinlərdən birinin doğuş sancısı başlayıb. Sərnişin oğlan uşağı dünyaya gətirib”, - məlumatda deyilir.

Enişdən sonra həkimlər lazımi yardımı göstərmək üçün təyyarəyə miniblər. Ana və yeni doğulmuş körpə yerli klinikaya aparılıb./teleqraf.com  

Chosen
14
3
referans.az

5Sources