EN

"Unicapital" işçilər axtarır - VAKANSİYALAR

Unicapital

Daxili nəzarət üzrə mütəxəssis

Son tarix 28 fev 2025 - [email protected]

Vəzifə öhdəlikləri

  • Cəmiyyətin müxtəlif strukturlarında mütəmadi yoxlamalar aparmaq və strukturların fəaliyyətinin qanunvericiliyə və daxili qaydalara uyğunluğuna nəzarət etmək;
  • Cəmiyyətin əməliyyatlarına nəzarət etmək;
  • Əməliyyatların qanunveriliciyə və daxili qaydalara uyğunluğunun yoxlanılması və yaranmış səhvlərin aradan qaldırılması istiqamətində tədbirlər görmək;
  • Cəmiyyətin fəaliyyətinin qanunvericiliyə və cəmiyyətdaxili qayda və prosedurlara uyğunluğunu təmin etmək;
  • Pozuntularla bağlı dövri və növbədənkənar hesabatlar hazırlamaq;
  • Nəzarət prosesini gücləndirən yeni alət və mexanizmlərin hazırlamaq və tətbiq etmək;
  • Nəzarət üzrə beynəlxalq standartlar, qanunvericilik və cəmiyyətdaxili qaydalara uyğun olaraq təhlillərin aparılması və təkmilləşdirilməsi;
  • Daxili nəzarət funksiyası ilə əlaqədar birbaşa rəhbərinin tapşırıqlarının icra edilməsi.

Tələblər

  • Ali təhsil (İqtisadiyyat, maliyyə, idarəetmə, hüquq);
  • Müvafiq sahədə 1 il iş təcrübəsi;
  • Azərbaycan dili üzrə sərbəst bilik;
  • İngilis və rus dillərindən ən azı biri üzrə yaxşı səviyyədə bilik
  • Microsoft Office proqramlarını sərbəst istifadə etmək bacarığı.

 

Korporativ satış şöbəsinin müdiri

 Son tarix 28 fev 2025 [email protected]

Vəzifə öhdəlikləri

  • Şirkətin korporativ satış strategiyasının hazırlanması və icrasına nəzarət etmək;
  • Korporativ müştərilərlə görüşlər və təqdimatlar keçirilmək;
  • Korporativ müştərilərlə əlaqələrin qurulmasını, şirkətin məhsul və xidmətlərinin səmərəli satışını və xidmətin yüksək səviyyədə təmin olunmasını təşkil etmək;
  • Müştəri məmnunluğunun təmini məqsədilə müştəri bazası ilə çevik kommunikasiya alətlərini qurmaq, sorğu və müraciətlərin qəbulu üzrə əsas təmas nöqtəsi olmaq;
  • Şirkətə yeni müştərilərin cəlb edilməsi məqsədilə müxtəlif növ biznes nümayəndələri ilə görüşlər təşkil etmək və xidmət üzrə təklif paketlər hazırlamaq;
  • Məhsul və xidmətlərin satışı üzrə hədəflərə nail olmaq məqsədilə əlaqədar struktur bölmələrlə birlikdə müvafiq tədbirlər planı hazırlamaq və həyata keçirilməsini təşkil etmək;
  • Cəlb edilmiş müştərilərin hesab dövriyyələrin artırılması məqsədilə aparılan əməliyyatları analiz edərək, hesabatlılığı aparmaq, təhlil nəticələrini rəhbərliyə təqdim etmək;  
  • Şirkətin ümumi müştəri bazasının formalaşdırılması üzrə işləri yerinə yetirmək;
  • Korporativ satış ilə bağlı bazar araşdırmaları aparmaq;
  • Yeni korporativ müştərilər cəlb etmək;
  • Mövcud müştəri portfelini idarə etmək, müştərilərə bu seqmentə aid bütün növ məhsullarını satmaq;
  • Müştərilərin ehtiyaclarını müəyyən edərək, onları şirkətin müvafiq  xidmət və məhsullarına dair məlumatlandırmaq;
  • Müştəri müraciətlərinin aidiyyatı struktur bölmələr tərəfindən icrasını təmin etmək;
  • Cari və planlaşdırılmış əməkdaşlıqların effektivliyini təhlil etmək;

Namizədə olan tələblər

  • Ali təhsil (Maliyyə, İqtisadiyyat);
  • Azərbaycan və İngilis dillərini səlis bilməli, Rus dili arzuolunandır;
  • Korporativ satış üzrə minimum 5 illik iş təcrübəsi;
  • Liderlik qabiliyyəti;
  • Kommunikasiya bacarıqları;
  • Komanda tərkibində işləmək bacarığı.
Chosen
20
41
fed.az

10Sources