EN

Ombudsman bələdiyyə seçkilərində səsvermə prosesində iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 saylı seçki məntəqəsində səsvermə prosesində iştirak edib.

Bu barədə Day.Az-a Ombudsman Aparatının Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, səsvermədən sonra jurnalistlərə müsahibə verən Müvəkkil bələdiyyə seçkiləri ərəfəsində Ombudsman Aparatı tərəfindən həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat verib.

Ombudsman ölkəmizdə yaradılmış seçki məntəqələrində müşahidələrin aparıldığını bildirib, bütün məntəqələrdə seçki prosesinin təşkili, seçicilərin səsvermədə sərbəst iştirakı ilə bağlı zəruri addımların atıldığını qeyd edib. Eyni zamanda, əlilliyi olan şəxslərin fərdi qaydada öz iradələrini müstəqil şəkildə ifadə edə bilmələri məqsədilə bir sıra məntəqələrdə pandusların quraşdırıldığını bildirib.

Səbinə Əliyeva ötən illərdəki müsbət təcrübə nəzərə alınaraq, Müvəkkil, Ombudsman Aparatının və regional mərkəzlərin, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ombudsman Aparatının əməkdaşlarının parlamentə növbədənkənar seçkilərdə müşahidəçi qismində seçki məntəqələrində, o cümlədən hərbi hissələrdə, penitensiar müəssisələrdə təşkil olunan məntəqələrdə və digər qapalı müəssisələrdə müstəqil olaraq, özlərinin təşəbbüsü ilə müşahidə apardıqlarını qeyd edib.

Seçkilərin gedişatı ilə bağlı ictimaiyyətə geniş məlumat veriləcək.

Chosen
3
40
day.az

10Sources