Tramp ABŞ qoşunlarını Suriyadan çıxaracağı barədə Təl-Əvivə məlumat verib.
Publika.az xəbər verir ki, İsrailin dövlət televiziyası “KAN”da yer alan xəbərə görə, Ağ Evin adı açıqlanmayan yüksək çinli rəsmiləri Suriyadakı ABŞ əsgərlərinin vəziyyəti ilə bağlı Təl-Əvivə məlumat veriblər.
Xəbərdə Trampın ABŞ əsgərlərini Suriyadan çıxarmaq niyyətində olduğuna dair mesajının İsrail rəhbərliyinə çatdırıldığı iddia edilib. Bildirilib ki, ABŞ prezidentinin qoşunları Suriyadan çıxarması ehtimalı İsraildə narahatlıq və təşviş yaradıb.
Həmçinin ABŞ əsgərlərinin çıxarılmasının Suriyadakı terror təşkilatı PKK/YPG-yə də təsir edəcəyi bildirilir. İsrail administrasiyası “KAN”ın hesabatı ilə bağlı hələlik açıqlama verməyib.