EN

Türkiyə kəşfiyyatı Suriyada PKK terroçusunu MƏHV ETDİ

PKK/YPG-nin maliyyə strukturunda menecer vəzifəsində çalışan Şiraz Ömər Türkiyə kəşfiyyatının (MİT) hədəf siyahısında olub. Yeri müəyyən edilən terrorçu addım-addım təqib edilib.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ömər ən münasib vaxtda Suriyanın Rumeylan-Malikiye yolunda həyata keçirilən dəqiq əməliyyatla zərərsizləşdirilib.

Qeyd edək ki, Şiraz Ömər təşkilata 2012-ci ildə qoşulub. O, Rojava Katibliyi adlanan təşkilatın Suriya administrasiyasında yer alıb.

Bir müddət Qəndildə (İraq) fəaliyyət göstərdikdən sonra Suriya ərazisinə keçib. O, Ayn əl-Ərəb, Həsəkə və Malikiye bölgələrində məsul vəzifələrdə çalışıb. Bir müddət PKK/YPJ-nin sözçüsü olub. Nəhayət, təşkilatın maliyyə strukturunda menecer vəzifəsinə gətirilib.



Bizim.Media

Chosen
8
3
bizim.media

9Sources