EN

41 saylı seçki dairəsində 107 və 105 yaşlı seçicilər səs verəcək

41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsində 107 və 105 yaşlı seçicilər səs verəcək.

"Far.Az"un Qərb bürosunun məlumatına görə, 41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsində iki uzunömürlü seçici qeydiyyatdadır.

Onlar 107 yaşlı Qəhrəmanova Hava Yunis qızı və 105 yaşlı Musayeva Aliyə Vəli qızıdır.

Məlumata əsasən, həmin dairədə yaşı 80-100 arası olan ümumilikdə 807 seçici var.

Qeyd edək ki, səsvermə saat 19:00-a qədər davam edəcək.

Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.

Chosen
4
43
far.az

10Sources