EN

Yerli özünüidarə sisteminə dair qanunvericilik: Bələdiyyə barədə məlumatlar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycanda bələdiyyələrin hüquqi statusunun qanun çərçivəsində müəyyənləşdirilməsi ilk dəfə ümummilli lider Heydər Əliyevin fəaliyyəti dövründə - 1995-ci il noyabrın 12-də qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapıb.
Dövlətçilik tarixinə mühüm hadisə kimi daxil olan bu əlamətdar gündən sonra 1999-cu il iyulun 2-də "Bələdiyyələrə seçkinin qaydaları haqqında" qanun qəbul edilib. Elə həmin il dekabrın 12-də ölkədə ilk bələdiyyə seçkisi keçirilib. O dövrdə ölkədə 2700 bələdiyyə yaradılıb. Sonradan kiçik bələdiyyələrin birləşdirilməsi nəticəsində say 1771-ə endirilib. Bu tarixdən etibarən Azərbaycanda bələdiyyə institutu formalaşmağa başlayıb.
Respublikada yerli özünüidarəetmə sisteminin hüquqi bazası yaradılıb, bələdiyyələrin fəaliyyətinin hüquqi tənzimlənməsini əhatə edən mühüm qanunlar işlənib hazırlanıb və qəbul edilib. Bu qanunlar, hüquqi-normativ aktlar, əsasnamələr bələdiyyə həyatının bütün sahələrini əhatə edir. Məhz yeni konstitusiyanın qəbulundan sonra "Yerli özünüidarə haqqında" Avropa Xartiyasının müddəaları ilə milli, yerli xüsusiyyətlər uzlaşdırılmaqla bələdiyyələrin, bələdiyyə üzvləri və qulluqçularının statusu, yerli özünüidarənin maliyyəsinin əsasları, bələdiyyə əmlakının hüquqi rejimi və bir sıra başqa mühüm münasibətləri tənzimləyən qanunvericilik aktları qəbul edilib.
Bunların sırasında "Bələdiyyələrin statusu haqqında", "Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında", "Bələdiyyə qulluğu haqqında", "Bələdiyyə maliyyəsinin əsasları haqqında" və "Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında" Azərbaycan Respublikası qanunları və bu qanunların tətbiqi barədə imzalanan fərmanları göstərmək olar. Bu aktlarda bələdiyyələrin bir qurum olaraq hüquqi statusunun müəyyən olunması, onların fəaliyyətinin əsasları və digər məqamlar öz əksini tapıb.
Bütövlükdə Heydər Əliyevin ölkəyə başçılıq etdiyi dövrdə yerli özünüidarəetmə sahəsini tənzimləyən 22 qanun və onlarla başqa normativ hüquqi aktlar qəbul edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 142-ci maddəsinə müvafiq olaraq, Azərbaycanda yerli özünüidarəni bələdiyyələr həyata keçirir. Bələdiyyə seçki əsasında yaradılır. 1999-cu ildən etibarən bələdiyyə seçkisi mütəmadi olaraq hər 5 ildən bir keçirilir.
Seçki Mərkəzi Seçki Komissiyası tərəfindən təşkil edilir və konstitusiya ilə müəyyən edilmiş hüquqi və demokratik prinsiplər əsasında həyata keçirilir.
Son bələdiyyə seçkisi 2019-cu il dekabrın 23-də keçirilib. Bu seçki zamanı ölkə üzrə minlərlə namizəd 1606 bələdiyyəyə üzv olmaq uğrunda mübarizə aparıb. Azərbaycan bələdiyyələri icma əsaslı fəaliyyət göstərir və onların tərkibi yerli icma üzvlərinin səsverməsi ilə müəyyən edilir.
2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkisi ölkədə keçirilən altıncı bələdiyyə seçkisidir. Əvvəlki seçkilər müvafiq olaraq 1999, 2004, 2009, 2014 və 2019-cu illərdə baş tutub. 2025-ci ildə 685 bələdiyyəyə 8071 üzv seçilməlidir. Adları bülletenlərə salınan namizədlərin sayı isə bundan iki dəfə çoxdur. Azərbaycanda fəaliyyət göstərən 26 siyasi partiyanın 23-ü bələdiyyə seçkisində öz namizədləri ilə iştirak edir.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Chosen
14
39
oxu.az

10Sources