Bakı, 29 Yanvar — Azadmedia.az
Yanvarın 29-da səhər saat 8:00-da Azərbaycan Respublikasında bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə başlayıb.
Belə ki, seçkilərdə 16 min 92 namizəd mübarizə aparır. Seçkilər zamanı respublika üzrə 685 bələdiyyəyə 8 min 71 üzv seçiləcək.
Azadmedia.az xəbər verir ki, Nərimanov rayonunda 19 saylı Nərimanov I Seçki Dairəsinin 21 saylı seçki məntəqəsində Vətən müharibəsi şəhidi Ələddin Səidovun valideynləri Bələdiyyə seçkilərində iştirak edərək səs verib.
Qeyd edək ki, Səsvermə saat 19:00-da başa çatacaq.