EN

Ramzan Kadırov yoxa çıxıb - Müəmma

Ramzan Kadırov yanvarın əvvəlindən ictimai tədbirlərdə görünmür. Güman edilir ki, bu, Çeçenistan rəhbərinin bir neçə ildir ki, təkzib etdiyi sağlamlıq problemləri ilə izah oluna bilər. 

News365.az xarici mediaya istinadən xəbər verir ki, jurnalistlər onun teleqram kanalında və Çeçenistan dövlət mediasının saytındakı mesajlardan sonra Kadırovun ictimai məkandan yoxa çıxmasına diqqət çəkiblər.

Nəşrlərə görə Kadırov sonuncu dəfə yanvarın 8-də fasilədən əvvəl kütləvi tədbirlərdə iştirak edib. Həmin gün o, atasının şərəfinə abidə açıb və Çeçenistandakı bütün hərbiləşdirilmiş birləşmələrin müstəsna olaraq ona tabe olduğunu bəyan edib.

O vaxtdan bəri respublika rəhbəri ən azı 18 gün ictimaiyyət qarşısına çıxmayıb.   

Yanvarın 26-da o, folklor ansamblının məşqində iştirak edərkən çəkilmiş videosunu yayıb. Hesab edilir ki, bu səsyazma Kadırovun yoxluğunu gizlətmək üçün əvvəlcədən hazırlana bilərdi. Eyni zamanda, 2024-cü ilin yanvarında da Çeçenistan rəhbərinin iki həftədən çox müddətə yoxa çıxması jurnalistlərə məlum olub. 

Ramzan Kadırovun mümkün xəstəliyi ilə bağlı xəbərlər 2019-cu ildən bəri ortaya çıxıb. 2023-cü ilin sentyabrında onun həmin anda komada olduğu barədə təsdiqlənməmiş məlumatlar yayılıb. 

2024-cü il aprelin sonunda “Novaya qazeta Europe”un jurnalistləri Çeçenistan rəhbərinin təxminən beş ildir ki, mədəaltı vəzi nekrozu diaqnozu ilə yaşadığını bildiriblər.

Chosen
15
12
news365.az

10Sources